“Sportinfo”nun əməkdaşı İcraiyyə Komitəsinə üzv seçildi - VİDEO+FOTO

18:10 Gündəm 134
“Sportinfo”nun əməkdaşı İcraiyyə Komitəsinə üzv seçildi - VİDEO+FOTO

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) İcraiyyə Komitəsi qurumun 2026-cı il dövrü üçün qısamüddətli və uzunmüddətli fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparmaq üçün növbəti iclasını keçirib.

Sportinfo.az xəbər verir, iclasa sədrlik edən qurum prezidenti Eldar İsmayılov çıxış edərək, ötən ilin Azərbaycan Milli Mətbuatının 150, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının 30 illik yubileyləri ilə ölkə jurnalistikası üçün əlamətdar olduğunu vurğulayıb.

O, bu əlamətdar hadisələrlə bağlı AİJA-nın həyata keçirdiyi layihə və tədbirlərlə bağlı iclas iştirakçılarına məlumat verib.

İclas iştirakçıları çıxış edərək, fəaliyyət istiqamətləri üzrə öz təkliflərini veriblər.

Daha sonra İcraiyyə Komitəsi üzvlərinin yekdil səsverməsi ilə Azərbaycanın tanınmış idman jurnalistlərindən olan, Sportinfo.az saytının müxbiri, "Sportinfo TV"nin aparıcısı Xanoğlan İmanov AİJA Futbol Komissiyasının sədri seçilib.

Yekunda bir qrup AİJA üzvünə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvlük vəsiqələri təqdim olunub və ailə fotosu ilə iclasa yekun vurulub.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti