Yanvarın 16-da gözlənilən hava şəraiti açıqlandı - Yollar buz bağlayacaq

07:00 Gündəm 105
Yanvarın 16-da gözlənilən hava şəraiti açıqlandı - Yollar buz bağlayacaq

Yanvarın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 75-80%, gündüz 55-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 2-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacağı ehtimalı var.

Digər Xəbərlər
Xəbər Lenti
15 Yanvar 18:10 Çək və bizə göndər!
15 Yanvar 09:40 "Qarabağ"dan YENİLİK