ŞAD XƏBƏR! Pensiyalar bu qədər ARTIRILACAQ

07:40 Gündəm 124
ŞAD XƏBƏR! Pensiyalar bu qədər ARTIRILACAQ

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Hədəf verilişində çıxışı zamanı əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı vacib məqamları açıqlayıb.

Nazir bildirib ki, ölkə başçısının müvafiq sərəncamına əsasən əmək pensiyalarının indeksləşdirilməsi hər il mütəmadi şəkildə həyata keçirilir və bu proses 2026-cı ildə də davam etdiriləcək. Onun sözlərinə görə, gələn il 1,1 milyon vətəndaşın pensiyasının indeksləşdirilməsi nəzərdə tutulur.

Anar Əliyev vurğulayıb ki, indeksasiya təxminən 9 faiz səviyyəsində olacaq. Mexanizm Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan əvvəlki il üzrə orta aylıq əməkhaqqının artım tempinə uyğun şəkildə tətbiq edilir. Rəsmi statistik göstəricilər elan edildikdən sonra indeksasiyanın dəqiq məbləği müəyyənləşdiriləcək.

Nazir həmçinin qeyd edib ki, 2026-cı ildə işləyən şəxslərin fərdi şəxsi hesablarında toplanmış pensiya kapitallarının da indeksləşdirilməsi planlaşdırılır.

A.Əliyev gələn il üçün məşğulluq sahəsində də prioritetləri açıqlayıb. Bildirib ki, əhalinin aktiv məşğulluq tədbirlərinə cəlb olunması həm nazirlik, həm də Dövlət Məşğulluq Agentliyi üçün əsas istiqamətlərdən biri olacaq.

Proqnozlara əsasən, 2026-cı ildə təxminən 400 minə yaxın vətəndaş aktiv məşğulluq proqramlarına cəlb ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Yanvar 17:30 Çək və bizə göndər!