Millimizin hücumçusu onunla maraqlanan klublarla anlaşa bilməsə...

12:40 Gündəm 212
Millimizin hücumçusu onunla maraqlanan klublarla anlaşa bilməsə...

Azərbaycan millisinin forvardı Renat Dadaşov karyerasını hazırkı komandası “Motor”da davam etdirə bilər.

Sportinfo.az Polşa mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu hələ də özünə yeni komanda tapa bilməyib.

Lublin təmsilçisi Dadaşov da daxil olmaqla 3 oyunçunu transferə çıxarsa da, hələlik heç biri klubdan ayrılmayıb. Məşqçilər korpusu da onları Türkiyədə baş tutacaq qış təlim-məşq toplanışına aparmaq qərarına gəlib.

Komanda orada olduğu müddətdə iki yoxlama görüşü keçirəcək. “Motor” isə Türkiyədə 30 oyunçudan ibarət heyətlə toplanış keçəcək.

Dadaşov onunla maraqlanan klublarla anlaşa bilməsə, o zaman yaya qədər komandasında qalacaq. Lakin mövsümün qalan matçlarında ona şans verilib-verilməyəcəyi qeyri-müəyyəndir.

Qeyd edək ki, Renat Dadaşovun “Motor”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti