Aleks Souzanı Yaponiyaya - “Kyoto Sanqa”ya satan ”Turan Tovuz”un yeni transfer hədəfi məlum olub.
Qeyri-sabit mövsüm keçirən qərb klubu gözünü Dioqo Almeydyaya dikib.
”Bozqurdlar” braziliyalı hücumçunun yerini onun portuqaliyalı həmkarı ilə doldurmaq niyyətindədir.
Onlar bu niyyətlə ”İmişli”nin qapısını döyüb. Tovuz təmsilçisi 25 yaşlı ön xətt oyunçusunun transferi üçün öz təklifini irəli sürüb.
Kriştianu Ronaldonun həmyerlisi ötən ilin yayından buradadır. O, çempionatın geridə qalan 16 turu ərzində dörd qol vura bilib.
Almeyda elitanın debütantının ən ödənişli oyunçusu hesab olunur. Aylıq maaşı 9000 dollar civarındadır.
SPORTİNFO.AZ

