Avtobusda gediş haqqı arta bilər - VİDEO

9 Yanvar 07:40 Gündəm 234
Avtobusda gediş haqqı arta bilər - VİDEO

Yanvarın 1-dən dizel yanacağının bir litrinin 10 qəpik bahalaşması yükdaşıma, sərnişindaşıma və digər daşıma şirktlərinin maliyyə yükünü artırıb.

Hazırda Bakıda və ətraf ərazilərdə sərnişindaşımada istifadə edilən avtobusların yarıya qədəri dizel mühərriklidir.

Bölgələrdə isə avtobusların demək olar hamısı dizellə işləyir.

Yükdaşıma fəaliyyəti göstərən, eləcə də böyük marketlər şəbəkələrinə və distribütör şirkətlərə məxsus nəqliyyat vasitələrinin də hamısı dizel mühərriklidir. Bu da müəyyən bahalaşmaları və ya keyfiyyət azalmasını labüd edir.

Daşıyıcı şirkətin nümayəndəsi Afis Mikayılov bildirib ki, belə olan təqdirdə dövlətin məsələyə müdaxilə etməsi, daşıyıcılara subsidiya ayırması daha yaxşı olardı.

Nəqliyyat eksperti Ərşad Hüseynov isə bu ildən bəzi subsidiyalaşma mexanizmlərinin qüvvəyə mindiyini, lakin tələblərin çox sərt olduğunu və yalnız CNG yanacağı və elektrik mühərrikli nəqliyyat vasitələrinə şamil olunmasını qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!
9 Yanvar 03:10 "Lənkəran" QAZANDI