Klubun başında dayananlar baş məşqçinin bəyənmədiyi “Qarabağ”lını geri qaytardı

8 Yanvar 20:40 Gündəm 617
Klubun başında dayananlar baş məşqçinin bəyənmədiyi “Qarabağ”lını geri qaytardı

Premyer Liqada ilk mövsümünü keçirən «İmişli» sabiq futbolçusunu geri qaytarıb.

Rəhim Cəfərli Kamran Eyyubovun başında dayandığı komandaya dönüb.

Cari sezonun ilk yarısını «Mingəçevir»də keçirmiş 23 yaşlı yarımmüdafiəçi ilə ilyarımlıq anlaşma əldə olunub.

«Qarabağ»ın yetirməsi olan gənc əvvəl də «İmişli»nin formasını geyinib. O, 2023-cü ilin yayında Əsgər Abdullayevin dəvəti ilə ilk dəfə bura gəlib.

Ötən ilin yayında sükan arxasına keçən Jorj Kaskilya Rəhim Cəfərlini düşərgədə saxlamağa ehtiyac görməmişdi. Budəfəki qayıdış birbaşa rəhbərliyin istəyi ilə gerçəkləşib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti