2026-cı ilin gəlişi ilə AFFA-da «təmizlik» tədbirləri işə düşüb.
İslahat dalğası artıq federasiyanın bütün mərtəbələrini əhatə etməyə başlayıb.
İlkin mərhələdə 10-dan artıq şəxs «şüşəbənd»i birdəfəlik tərk edib. Xidməti müqavilə müddəti başa çatanlar arasında bəzi şöbə müdirləri də yer almaqdadır.
Bu, son olmayacaq. Çünki ölkənin baş futbol qurumunun ümumi işçi personalının sayı 200-dən artıqdır.
Növbəti mərhələdə daha iri ranqlı funksionerin AFFA ilə vidalaşması gözlənilir. Bəzi şok adları da orada görsək, təəccüblənməyək.
SPORTİNFO.AZ

