Kommunal xidmətlərdə qiymət artımı gözlənilir

8 Yanvar 07:40 Gündəm 750
Kommunal xidmətlərdə qiymət artımı gözlənilir

“Kommunal ödənişlərin bahalaşması gözlənilir”.

Bunu iqtisadçı ekspert Günay Hüseynova metbuat.az-a açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, kommunal xidmətlər sahəsində köklü dəyişikliklərə ehtiyac var:

“Bu, təkcə xidmət keyfiyyətinin yaxşılaşdırılması deyil, həm də restovrasiya və quruculuq baxımından vacibdir. Sovet dövründən qalma, artıq köhnəlmiş kabellərin, boruların və digər infrastruktur elementlərinin dəyişdirilməsinə ehtiyac var. Təəssüf ki, dövlət büdcəsindən ayrılan vəsait bütün xərcləri tam şəkildə qarşılaya bilmir. Şiddətli hava şəraitində bəzən elektrik kəsintiləri, borularda partlamalar və digər problemlər yaşanır. Bundan əlavə, əməkhaqlarının artması fonunda bu sahədə çalışanların məvaciblərinin ödənilməsi, eləcə də benzin və dizel qiymətlərinin müəyyən səviyyədə yüksəlməsi xərclərə təsir edən əsas amillər sırasındadır”.

Çörəyi daha çox rayon və kəndlərdə evdar qadınlar bişirir" - Günay Hüseynova

G.Hüseynova qeyd edib ki, əsas məsələ qiymətlərin nə qədər artırılması ilə bağlıdır:

“Düşünürəm ki, mövsümi tələbat nəzərə alınaraq qiymətlərin diferensiallaşdırılması qeyri-sabit artım və ya aylıq inflyasiya səviyyəsini aşan tarif dərəcəsindən daha məqsədəuyğundur”.

Digər Xəbərlər
Xəbər Lenti
8 Yanvar 18:10 Çək və bizə göndər!
8 Yanvar 07:30 Böyük bahalaşma QAPIDA