Mahir "Kayzerslautern”dən getməyə hazırlaşır?

6 Yanvar 19:20 Gündəm 336
Mahir "Kayzerslautern”dən getməyə hazırlaşır?

Azərbaycan millisinin və "Kayzerslautern"in futbolçusu Mahir Emreli klubdakı gələcəyi və baş məşqçi Torsten Liberknextlə münasibətindən danışıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu qol.az-a videomüsahibəsində Almaniya təmsilçisindəki hər kəslə münasibətlərinin yaxşı olduğunu deyib:

"Təkcə baş məşqçi ilə yox, klub rəhbərliyi, bütün məşqçi heyəti və komanda yoldaşlarımla münasibətim yaxşıdır. Çox xəbərlər yazıldı.

Amma heç biri tam olaraq həqiqəti əks etdirmirdi. Buna görə də yazılanlara, bildirilən fikirlərə o qədər də önəm vermədim.

Hər kəs ən az mənim qədər məyus oldu. Hər zaman danışdığımız budur ki, zədəmi tez bir zamanda sağaldım və yenidən komadaya qoşulum".

O, "Kayzerslautern"dən ayrılacağına dair yayılan xəbərlər haqda da fikirlərini bölüşüb:

"Klubu tərk edəcəyim barədə də məlumatlar yayılıb. Təbii ki, transfer dönəmində bəzən elə olur ki, futbolçunun özündən asılı olan və ya olmayan səbəblərdən bir anda transfer gerçəkləşə bilir.

Amma nə klub, nə də mənim tərəfimdən belə bir düşüncə yoxdur. Mənə bildirildi ki, tez bir zamanda zədəmi sağaldıb komandaya qoşulmağımı, oynamağa başlamağımı istəyirlər və gözləyirlər".

Emreli ötən il noyabrın 10-da “Herta” ilə 2-ci Bundesliqa matçında zədə alaraq uzun müddətə sıradan çıxmışdı. O, artıq fərdi məşqlərə başlayıb.

Millimizin üzvünün klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Yanvar 18:10 Çək və bizə göndər!