Millimizin hücumçusunu yola salıb, sloveniyalını gətirirlər - FOTO

6 Yanvar 14:00 Gündəm 580
Millimizin hücumçusunu yola salıb, sloveniyalını gətirirlər - FOTO

“Motor” azərbaycanlı hücumçusu Renat Dadaşovun yerinə hücumçu axtarışına başlayıb.

Sportinfo.az Polşa mətbuatına istinadən xəbər verir ki, Lublin təmsilçisi yenicə “Qornik”dən ayrılan Luka Zahoviçə elçi düşüb.

Polşalılar Sloveniya millisinin üzvü ilə danışıqlara başlayıb. Onun keçidi Renatın komandadan ayrılmasını sürətləndirə bilər.

“Motor” sabahdan qış təlim-məşq toplanışına başlayacaq. Beş gün ölkə daxilində hazırlıq keçəcək komanda yanvarın 10-da toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq.

Komandada Renatın taleyi qeyri-müəyyən olaraq qalır. Transferə çıxarılan forvardın Türkiyə hazırlığında iştirak-edib etməyəcəyi barədə daha sonra qərar veriləcək.

Renat Dadaşovun “Motor”la müqavilə müddəti bu ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti