Ölkəmizdə 60 milyon manat ayrıldı - Bu stadionun tikintisinə

6 Yanvar 00:50 Gündəm 346
Ölkəmizdə 60 milyon manat ayrıldı - Bu stadionun tikintisinə

Gənclər və İdman Nazirliyinin Ağdam şəhərində “İmarət” stadionunun tikinti işlərinin birinci mərhələsi ilə bağlı elan etdiyi tenderin qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, dövlət tərəfindən Ağdam şəhərində inşa olunacaq “İmarət” stadionunun tikintisi üçün ilkin mərhələdə 30,4 milyon avro (60,5 milyon manat) vəsait ayrılıb.

Layihə çərçivəsində müasir standartlara cavab verən stadion kompleksinin inşa olunması nəzərdə tutulur.

Məlumata görə, tikinti işlərinin 2028-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır.

Yeni stadion istifadəyə verildikdən sonra “Qarabağ” klubu uzun illərdən sonra ev oyunlarını doğma şəhəri Ağdamda keçirmək imkanı əldə edəcək.

Başqa bir məlumata görə, tenderin qalibi “PMD Project” MMC olub.

Şirkət indiyə qədər “Zəfər Parkı”, Şuşa Məscidi, Ağdamda “İmarət” kompleksi və digər layihələri icra edib.

Tikinti işlərinin 2026cı ildə başlanacağı gözlənilir.

“İmarət” stadionun təməli 2024-cü ilin sentyabrında qoyulub. Arenan UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulub.

11 min 700 nəfərlik tamaşaçı tutumuna malik stadionun oyun meydançası təbii ot örtüyünə malik olacaq.

Digər Xəbərlər
Xəbər Lenti