Samir Abasova xaricdən dəvət gəlib: “Azərbaycan klublarının heç birindən təklif almamışam”

5 Yanvar 13:40 Gündəm 3 972
Samir Abasova xaricdən dəvət gəlib: “Azərbaycan klublarının heç birindən təklif almamışam”

Bir müddət əvvəl “Neftçi” ilə yollarını ayıran Samir Abasov ölkə xaricindən təklif alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a 47 yaşlı mütəxəssisin özü məlumat verib.

O, qarşı tərəflə danışıqların aparıldığını bildirib:

“İki tərəf arasında olan söhbətlərdir. Hansı ölkə olduğunu deyə bilməyəcəyəm. Yalnız dəqiqləşdikdən sonra məlumat verəcəyik”.

S.Abasov son günlər adının “Araz-Naxçıvan” və “Turan-Tovuz”la hallanmasına da münasibət bildirib:

“Azərbaycan klublarının heç birindən təklif almamışam. Ümumiyyətlə, danışıqlarımız olmayıb”.

Mütəxəssis “Neftçi” haqqında isə danışmaq istəmədiyini vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Yanvar 18:10 Çək və bizə göndər!