Belarus millisinin futbolçusu Pavel Sedko uğrunda mübarizə gərginləşir.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə maraqlanan klubların sayı artmaqdadır.
Daha əvvəl Azərbaycandan təklif aldığı bildirilən “Torpedo BelAZ”ın üzvünə Qazaxıstandan da dəvət gəlib. Bu dəfə “Kaysar” onu heyətinə cəlb etmək üçün mübarizəyə qoşulub.
Sedkonun meneceri Serbiya, Azərbaycan, Çin və Cənubi Koreyadan da onlarla təmas qurulduğunu gizlətməyib.
Pavel Sedkonun “Torpedo BelAZ”la müqaviləsi bu ayın sonuna qədərdir. Yəni futbolçu yanvarın 1-dən azad agent statusu daşıyacaq.

