“Araz-Naxçıvan”dan ayrılan Qara Qarayev karyerasını hansı klubda davam etdirəcəyini hələ müəyyənləşdirməyib.
İlk təklifi “Sumqayıt”dan alan sabiq “Qarabağ”lı “kimyaçılar”ın şərtləri ilə razılaşmayıb.
Yarımmüdafiəşiyə daha bir dəvət “Karvan-Yevlax”dan gəlib.
Bölgə təmsilçisi Azərbaycan millisinin üzvünü heyətinə qatmaqda israrlıdır. Hətta ona aylıq 9 min manat maaşla təklif irəli sürülüb.
Qara bölgədə yaşamağın çətinliyini və komandanın qarşısında dayanan hədəfin elitada qalmaq olduğunu əsas gətirərək təklifdən imtina edib.
Tərəflər arasındakı danışıqlar çox çəkməyib. 5-10 dəqiqəlik söhbətin yekununda yevlaxlılar məyus olub.
Ölkə futbolunda məşhur “Qarabağ”lı kimi tanınan Qara Qarayev nə az, nə çox, 15 il “köhlən atlar”ın uğurları üçü tər tökərək 500-ə yaxın matçda forma geyinib.
76 oyunda Azərbaycan millisinin şərəfini qoruyub.
HƏBİB / SPORTİNFO.AZ

