Premyer Liqanın debütantı qazandığı nəticələrlə təəccübləndirməkdə davam edir.
“Neftçi”ylə “Sabah”ı məğlub edən, “Qarabağ”la qarşılaşmada sona yaxın qollar buraxan aran təmsilçisi “Zirə”yə iki oyunun heç birində uduzmadı.
Yayda qarşısında elitadakı yerini qorumaq hədəfi dayanan imişlilər bir az da güclənsə, bu gedişlə avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq.
Bu, mümkündürmü? Komanda üzvləri gələn ilin yayında beynəlxalq matçlarda çıxış etməyi xəyal edirmi?
Komandasının “serbiyalı hüciummusu Nikola Karaklaiç Sportinfo.az-ın mövzu ilə bağlı sualını cavablandırıb:
“İmişlinin komandası 21 ildən sonra Premyer Liqaya qayıdıb (Əslində, 18 ildir. Rayonu təmsil edən “MKT-Araz” sonuncu dəfə 2006-2007 mövsümündə elitada mübarizə apararaq UEFA kubokuna vəsiqə qazanıb – H.).
İnanmıram ki, azarkeşlər bu qədər müddətdən sonra yüksək liqaya qayıdan komandadan avrokuboklara vəsiqə gözləsin. Düzdür, yaxşı çıxış edirik, nəticələrimiz qənaətbəxşdir.
Ancaq uğura çatmaq üçün pillə-pillə irəliləmək istəyirik. Həyatda real olmayan heç nə yoxdur.
Lakin söhbət futboldan gedirsə, uğur əldə etmək üçün inkişaf prosesi çox vacibdir. Yayda 1 ay ərzində komanda formalaşdırıb 1 ildən sonra avrokuboklara vəsiqə qazanmaq asan deyil.
Bunun üçün illər lazımdır. İstənilən halda bütün rəqiblərə qarşı layiqli mübarizə aparmaqda davam edəcəyik”.
16 turdan sonra aktivində 20 xal olan “İmişli” 17 xalla 9-cu pillədə qərarlaşıb. Jorj Kaşkilyanın rəhbərlik etdiyi kollektivi 3-cü sıradakı “Zirə”dən 11 xal ayırır.
HƏBİB

