Oktyabrın ilk günü yağış yağacaq - HAVA PROQNOZU

1 Oktyabr 07:00 Gündəm 461
Oktyabrın ilk günü yağış yağacaq - HAVA PROQNOZU

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi axşama doğru mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-17° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağıntının intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-21° isti, dağlarda gecə 4-8° isti, gündüz 9-14° isti olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?
7 Noyabr 00:40 Mbappe Bakıya gələcək