
Bu gün Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının rəsmi açılış mərasimi olacaq.
Sportinfo.az xəbər verir ki, Gəncə Şəhər Stadionunda gerçəkləşəcək tədbir saat 19:00-da başlayacaq.
Açılış mərasimində Azərbaycan bayraqdarı karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə olacaq.
13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunları Azərbaycanın yeddi şəhərində keçirilir:
Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Turnirə oktyabrın 8-də yekun vurulacaq. Bağlanış mərasimi də Gəncə şəhər stadionunda olacaq.