Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi MDB Oyunları başladı

13:20 Gündəm 188
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi MDB Oyunları başladı

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün ilk turnirə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk yarış günündə stolüstü tennisçilər mübarizəyə başlayıb.

Bu idman növü üzrə turnir Qəbələ Olimpiya İdman Kompleksində keçiriləcək. Tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

Azərbaycanı stolüstü tennisdə Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli təmsil edəcəklər.

13 ölkədən ümumilikdə 1624 idmançının iştirak edəcəyi III MDB Oyunlarının rəsmi açılış mərasimi isə sentyabrın 28-də Gəncə Şəhər Stadionunda keçiriləcək. Yarışın bağlanış tədbiri də bu arenada oktyabrın 8-də olacaq.

Digər Xəbərlər
Xəbər Lenti