III MDB Oyunlarının növbəti nümayəndə heyətləri Azərbaycana gəldi - FOTOLAR

04:30 Gündəm 82
III MDB Oyunlarının növbəti nümayəndə heyətləri Azərbaycana gəldi - FOTOLAR

III MDB Oyunlarında iştirak edəcək nümayəndə heyətləri ölkəmizə gəlməyə davam edirlər.

Sportinfo.ıaz xəbər verir ki, bu gecə Belarus, Özbəkistan və Tacikistandan olan idmançılar Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş ediblər.

Onlar futbol, üzgüçülük, boks, taekvondo, voleybol və sambo idman növlərində mübarizə aparacaqlar.

Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqları III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar.

Bakıya eniş etdikdən sonra idmançılar dərhal yarışların keçiriləcəyi şəhərlərə yola düşüblər.

III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 09:20 “Zirə”də yeni müqavilə
25 Sentyabr 09:00 İkisini də o... VİDEO
25 Sentyabr 08:50 "Qarabağ" satışa çıxardı