SEVİNDİRİCİ XƏBƏR: Cənub bölgəsində yeni klub yaradıldı - FOTOLAR

15:15 Gündəm 309
SEVİNDİRİCİ XƏBƏR: Cənub bölgəsində yeni klub yaradıldı - FOTOLAR

Respublikanın cənub bölgəsində yeni futbol klubu fəaliyyətə başlayıb.

Söhbət «Şəhriyar»FK-dan gedir.

Biləsuvar rayonunda yaradılan komandanı kimin çalışdıracağı da məlumdur. Kollektivin sükanı arxasına Şahəddin Kərimov gətirilib.

«Şəhriyar» növbəti mövsümdə Region Liqasının iştirakçıları arasında yer alacaq. Hədəf yerli gəncləri üzə çıxarmaq və onları tanıtmaqdır.

Klub dəstək görəcək.

Belə ki, Biləsuvar rayon İcra Hakimiyyəti, rayon bələdiyyəsi və şəhər icra nümayəndəliyi «Şəhriyar»a köməklik etməyi öz üzərinə götürüb.

Həmçinin pambıq zavodu və bir neçə biznes qurumu komandaya maliyyə yardımı göstərəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!