“Bu ad Azərbaycanda o qədər məşhurlaşıb ki...”

11 Sentyabr 2025 07:20 Gündəm 412
“Bu ad Azərbaycanda o qədər məşhurlaşıb ki...”

“Obyektiv reallıq da var, subyektiv təsəvvürlər də.

Obyektiv reallıq ondan ibarətdir ki, Ermənistan və Azərbaycan Vaşinqtonda bir daha bir-birinin ərazi bütövlüyünü, suverenliyini, yurisdiksiyasını və sərhədlərinin toxunulmazlığını tanıyıb”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyada hökumət saatı zamanı deyib.

Paşinyan Amerika lideri Donald Trampın təşəbbüsü ilə irəli sürülən TRIPP marşrutunun ikitərəfli müzakirə mövzusu olduğunu da bildirib.

“İstisna etmirəm ki, obyektiv və subyektiv amillərə əsaslanan bu ad (“Zəngəzur dəhlizi”) Azərbaycanda o qədər məşhurlaşıb ki, orada istənilən, o cümlədən “Tramp marşrutu” ilə sinxronlaşdırılmalı olan infrastruktur məhz belə adlandırılıb”, - Paşinyan əlavə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı