Xarici agent millimizin hansı oyunçusu üçün gəldi?

8 Sentyabr 20:40 Gündəm 650
Xarici agent millimizin hansı oyunçusu üçün gəldi?

Portuqaliya ilə Azərbaycan milliləri arasında baş tutan oyunu izləyənlər arasında əcnəbi agentlər də var idi.

U-21 yığmalarının xarici bazar üçün vitrin rolunu oynadığını nəzərə alsaq, menecerlərin diqqəti anlaşılan idi.

Lakin heç də hamısı portəgiz futbolçuları izləmək üçün gəlməmişdi.

Aralarında bir nəfər millimizin müdafiəçisinin ağır oyunda nəyə qadir olduğunun canlı şahidi olmaq həvəsinə düşmüşdü ki, U-21-in üzvünün Avropada legioner karyerası yaşamasında yaxından iştirak etsin.

Söhbət “Şamaxı”nın aparıcı simalarından olan Rüfət Abbasovdan gedir.

2005 doğumlu futbolçu seçməmizin 0:5 hesabı ilə məğlub olduğu qarşılaşmada meydanda ən yaxşılardan idi. Sol cinahlar reydlər etdi, hətta bir epizodda mükəmməl driblinqlərin yekununda vurduğu top dirəyə tuş gəldi.

Abbasovun agentdə xoş təəssürat yaratdığını deyə bilərik. Lain bu, son deyil. Növbəti oyunlarda da həmyerlimizi diqqətdə saxlayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM