Tramp 10 il sonra bu idman turniri izləyəcək - FOTOLAR

00:10 Gündəm 193
Tramp 10 il sonra bu idman turniri izləyəcək - FOTOLAR

ABŞ prezidenti Donald Tramp “US Open” beynəlxalq tennis turnirinin kişilər arasında olan finalında iştirak etməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Bildirilib ki, ABŞ prezidenti turnirin final mərhələsini izləmək üçün sentyabrın 7-si Nyu-Yorka səfər edəcək.

Tramp adıçəkilən turnirdə əvvəllər mütəmadi olaraq iştirak edib.

O, sonuncu dəfə 2015-ci ildə Serena Uilyams və Venus Uilyams arasında keçirilən 1/4 final matçına qatılıb.


Digər Xəbərlər
Xəbər Lenti