
Millinin DÇ-2026-nın seçmə mərhələsinə uğursuz start verməsi AFFA rəhbərliyini qəzəbləndirib.
Dünən İslandiyaya 0:5 hesabıyla uduzan komandanın baş məşqçisi Fernandu Santuşdan təcili hesabat hazırlaması tələb olunub.
Portuqaliyalı mütəxəssislə bu gün, uzağı, sabah görüş keçirilməsi gözlənilir. Federasiya prezidenti Rövşən Nəcəfin iştirakıyla təşkili nəzərdə tutulan toplantıda Santuşun aqibətinə aydınlıq gətiriləcək.
AFFA ilə müqaviləsi 2028-ci ildə bitəcək çalışdırıcının vəzifəsindən azad olunması ehtimalı var.
Təbii ki, bunun üçün təzminat ödəmək lazım gələcək. Rəqəm kiçik deyil - milyonlar sərf ediləcək.
Milli sentyabrın 9-da ikinci oyuna çıxmalıdır. Ukrayna Bakıda qonağımız olacaq. Santuşun bu matça saxlanılması da istisna edilmir.
Əldə etdiyimiz məlumata görə, İcraiyyə Komitəsi bu qarşılaşmanın ardından bir araya gələcək və baş məşqçiylə əlaqəli müzakirələrə rəsmi yekun vuracaq.
SPORTİNFO.AZ