Zəngəzur dəhlizini müzakirə etmək üçün İrəvana gedəcəklər

5 Sentyabr 2025 08:10 Gündəm 393
Zəngəzur dəhlizini müzakirə etmək üçün İrəvana gedəcəklər

“ABŞ nümayəndələri gələn həftə “Tramp marşrutu” (Zəngəzur dəhlizi – red.) layihəsini müzakirə etmək üçün Ermənistana səfər edəcəklər”.

Bu barədə məlumatı Ermənistanın “Joxovurd” qəzeti yayıb.

Qəzet yazır ki, səfər zamanı siyasi nüanslar, investisiyanın həcmi, işlərin başlama vaxtı da daxil olmaqla texniki detallar müzakirə ediləcək: “Səfərin məqsədi razılaşmaların praktiki olaraq həyata keçirilməsi üçün addımların ardıcıllığını dəqiqləşdirməkdir”.

Bununla belə, qəzet Ermənistan hökumətinin məsələ ilə bağlı konkret detal və müzakirələrin gündəliyini açıqlamadığını vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı