Bu gecə "Qarabağ"ın oyununa görə gücləndirilmiş rejimdə işləyəcək - METRO

13:40 Gündəm 165
Bu gecə "Qarabağ"ın oyununa görə gücləndirilmiş rejimdə işləyəcək - METRO

Bu gün "Qarabağ”ın oyunu ilə əlaqədar metro gücləndirilmiş rejimdə işləyəcək.

Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionu yaxınlığında yerləşən “Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri tətbiq olunacaq.

Sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün:

Stansiyalarda əlavə işçi qüvvəsi cəlb olunacaq

Arenaya gedən azarkeşlərin yönləndirilməsi təmin ediləcək

Növbətçilik cədvəli tərtib olunacaq

Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.

Qarşılaşma əlavə vaxtla davam edərsə, azarkeşlərin mənzilbaşına rahat qayıtması üçün iş saatı uzadılacaq.

Digər Xəbərlər
Xəbər Lenti