Kolumbiyalı müdafiəçi Azərbaycana gəldi - SON DƏQİQƏ

09:00 Gündəm 1 031
Kolumbiyalı müdafiəçi Azərbaycana gəldi - SON DƏQİQƏ

Premyer Liqanın ilk 2 həftəsində 1 xal toplayan «İmişli» transfer bazarında yenidən hərəkətə gəlib.

«Turan Tovuz»a 0:1 hesabıyla uduzub, «Neftçi» ilə 0:0 oynamış aran təmsilçisi düşərgəsinə daha bir legioner gətirib.

Edvin Banquera artıq Azərbaycana təşrif buyurub. 29 yaşlı müdafiəçi Kolumbiyadandır.

Cənubi amerikalı bura Portuqaliyanın III Liqasından dəvət olunub. O, 2023-cü ildən bəri «Felgueiras»nin formasını geyinib.

Maraqlıdır ki, Banqueranın karyerası yalnız Portuqaliya ilə bağlıdır. 2017-ci ildən üzübəri «Salqueyros», «Jil Visente», «Sportinq da Covilha», ,
«Felqueyras» və «Mafra»nın uğurları üçün tər töküb.

Premyer Liqanın debütantı onunla 1 illik anlaşıb.

«İmişli» ötən müddətdə 14 oyunçu ilə münasibətlərini rəsmiləşdirib.

Bunlar Ronaldo Rodriqez de Souza ("Borneo", İndoneziya), Azər Salahlı ("Neftçi"), İbrahim Əliyev (MOİK), İmam Əli, Rafael Vieqas ("Sao Joao de Ver", Portuqaliya), Hüseynəli Quliyevi ("Səbail"), Ezekiel Morqan ("Karvan"), Nikola Karaklayiç ("Novi Pazar", Serbiya), Luiz Fernando Silvestr Junioru, Yav Mozes ("Torrense" (Prtuqaliya), Tuncay Yusifli ("Sabah"), Dioqo Almeyda və Xəlil Mürsəllidir ("Sabah").

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti