Bu ərazidə yaşayanlar bilsin - Metro çəkiləcək

07:40 Gündəm 292
Bu ərazidə yaşayanlar bilsin - Metro çəkiləcək

Bakıda yeni metro stansiyasının təmir işləri davam edir. Şərti adı "B-04" olan layihə çərçivəsində stansiyanın strukturu, tunellərin birləşdirilməsi və digər texniki işlər sürətlə aparılır.

Bəs yeni stansiyada işlər nə yerdədir və stansiyanın açılışı nə zaman baş tutacaq?

Məsələ ilə bağlı "Bakı metropoliteni QSC"dən bildirildi ki, yeni stansiyanın tikintisi sürətlə davam edir:

"Xəttin layihə adı "B-04" olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir. Bununla yanaşı, hazırda əsas təchizat məsələləri, infrastruktura dair avadanlıq və sistemlərin, o cümlədən havalandırma, eskalator, lift və digər qurğuların quraşdırılması istiqamətində tədbirlər görülür. İnşaat işlərinin 2026-cı ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur".

Qeyd edək ki, "B-04" Bakı metrosunun Bənövşəyi xəttinin hal-hazırda tikintisi davam etməkdə olan 5-ci stansiyasıdır. Metrostansiya Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yaxınlığında yerləşəcək. İnşaat işlərinin 2026-cı ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 18:10 Çək və bizə göndər!