
Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə səfəri zamanı dövlət başçısının çıxışı diqqətçəkən məqamlarla yadda qaldı.
Prezident bildirdi ki, Azərbaycanın ən müasir pilotsuz uçuş aparatları, yeni artilleriya sistemləri ölkəyə gətirilib, mövcud döyüş təyyarələri tam modernləşdirilib və əlavə kontraktlar bağlanıb.
Dövlət başçısı vurğuladı ki, “biz hər an müharibəyə hazır olmalıyıq, çünki dünyada proseslər elə istiqamətdə gedir ki, sabah nə baş verəcəyini əvvəlcədən bilmək mümkün deyil”.
Əliyevin sözlərinə görə, Azərbaycanın təhlükəsizliyinin yeganə qarantı onun dövləti, xalqı və Silahlı Qüvvələridir.
Azərbaycan bu hazırlıqları konkret olaraq hansı təhlükələrə və hansı qüvvələrə qarşı görür? Bakı, artan silahlanma siyasətini regional balansı qorumaq üçünmü, yoxsa yeni strateji üstünlüklər əldə etmək məqsədiləmi həyata keçirir?
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Prezident İlham Əliyevin Kəlbəcərdə səsləndirdiyi fikirlər Azərbaycanın hərbi-siyasi gündəliyində yeni prioritetlərin formalaşdığını göstərir.
“Dövlət başçısının “biz hər an müharibəyə hazır olmalıyıq” mesajı yalnız konkret təhlükələrə cavab deyil, həm də dəyişən beynəlxalq düzənin Azərbaycan üçün yaratdığı yeni reallıqların dəyərləndirilməsidir. Dünyada güclərin toqquşması, müharibələrin yayılması, regional balansların tez-tez dəyişməsi fonunda Bakı aydın şəkildə göstərir ki, öz təhlükəsizliyini yalnız hərbi imkanlarına güvənərək təmin etməyi seçib.
Detallar videoda: