“Azərbaycanla razılaşma Ermənistan və İran arasında dəmir yolu əlaqəsini açacaq”

20 Avqust 2025 08:10 Gündəm 525
“Azərbaycanla razılaşma Ermənistan və İran arasında dəmir yolu əlaqəsini açacaq”

“Vaşinqtonda Azərbaycanla əldə olunan razılaşma Ermənistan və İran arasında dəmir yolu kommunikasiyasını açacaq”.

Bunu İrəvanda İran Prezidenti Məsud Pezeşkianla birgə mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Azərbaycanla əsas razılaşmalarımızdan biri regionda kommunikasiya yollarının bərpasına aiddir. Bu, praktikada Ermənistan və İran arasında dəmir yolu sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq, o cümlədən Naxçıvan-Culfa dəmir yolu xətti vasitəsilə İranın Ermənistana və eləcə də Qara dənizə dəmir yolu ilə çıxışını təmin edəcək”, - Paşinyan bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti