Avqustun 18-də gözlənilən hava şəraiti açıqlandı - PROQNOZ

18 Avqust 07:00 Gündəm 269
Avqustun 18-də gözlənilən hava şəraiti açıqlandı - PROQNOZ

Azərbaycanda avqustun 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-24, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 20:00 Çək və bizə göndər!
12 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
12 Oktyabr 03:00 "Sabah" dan ASAN UĞUR