
Bu il avrokuboklara 4 klubla qatılan Azərbaycanı vrtıq səhnədə yalnız «Qarabağ» təmsil edəcək.
«Sabah» Avropa Liqası ilə erkən vidalaşıb Konfrans Liqasına yuvarlandı, burada da duruş gətirmədilər.
Bolqarıstandan «Levski»yə hər iki oyunda uduzaraq, pley-off mərhələsinə vəsiqə qazana bilmədilər.
«Zirə» Konfrans Liqasında «Hayduk» səddinə ilişdisə, «Araz-Naxçıvan» ikinci mərhələdə «Aris» üzərində qazanılan möhtəşəm qələbənin ardını gətirməyi bacarmadı. «Omoniya» onların qapısına üst-üstə 9 cavabsız qol vurdu.
İndi hamının ümidi «Qarabağ»ıdır.
Qurban Qurbanovun çalışdırdığı komanda Çempionlar Liqasında İrlandiyadan «Şelbrun» və Şimali Makedoniyadan «Şkendiya»nı mübarizədən kənarlaşdırdı, pley-offda «Ferentsvaroş»a rəqib oldu.
Ümumi mənzərə bu filmdə təqdim edildiyi kimidir
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN