Azərbaycan və Ermənistan bir-birinə ərazi iddiası qaldırmayacaq

12 Avqust 2025 06:30 Gündəm 500
Azərbaycan və Ermənistan bir-birinə ərazi iddiası qaldırmayacaq

Tərəflər, I Maddəyə tam riayət etməklə, bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər.

Bu, Azərbaycanla Ermənistan arasında imzalanmış paraflanmış sülh sazişinin mətnində öz əksini tapıb.

Qeyd olunub ki, tərəflər digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verməyəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM