Baş məşqçi həmyerlisi olan hücumçunu iştirak ərizəsinə daxil etmədi.

9 Avqust 03:00 Gündəm 426
Baş məşqçi həmyerlisi olan hücumçunu iştirak ərizəsinə daxil etmədi.

Kipr "Omoniya"sının futbolçusu Mikael İnqebriqtsen "Araz-Naxçıvan"la Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu buraxacaq.

Sportinfo.az "Omonianews.com"a istinadən xəbər verir ki, Nikosiya təmsilçisinin baş məşqçisi Henninq Berq norveçli hücumçunu Naxçıvan klubu ilə oyunların iştirak ərizəsinə daxil etməyib.

66 yaşlı mütəxəssis həmyerlisini öz planlarında görmür.

Mikael İnqebriqtsen fevrak ayından "Omoniya"dadır. O, komandanın Konfrans Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Topredo" ilə oyunlarının hər ikisinə sonradan daxil olub.

İnqebriqtsen Kiprdəki matçda (1:0) 11, Gürcüstandakında (4:0) isə 8 dəqiqə meydanda olub.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu