Azərbaycanla bağlı o sənədi imzalayacaq - 33 il sonra

8 Avqust 07:50 Gündəm 394
Azərbaycanla bağlı o sənədi imzalayacaq - 33 il sonra

ABŞ Prezidenti Donald Tramp “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq.

Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində avqustun 8-də imzalanacaq.

Prezident İlham Əliyev ilə amerikalı həmkarı Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olan bu sənəd 33 il əvvəl Azərbaycanın məruz qaldığı ədalətsizliyə son qoymuş olacaq.

Xatırladaq ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə rəsmi Bakının Ermənistana guya “blokada” tətbiq etməsini bəhanə kimi göstərərək Azərbaycana ABŞ-dən dövlət yardımının göstərilməsinə qadağa qoyan qanunu qəbul edib.

Sonrakı dövrlərdə ABŞ prezidentləri 907-ci düzəlişin icrasını müvəqqəti dayandırsa da, Bayden-Blinken administrasiyası bu ədalətsiz qərarı yenidən qüvvəyə mindirərək, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb (report).

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu