Portuqaliyadan gələnlə 1 illik anlaşdı - 14-cü TRANSFER

7 Avqust 11:20 Gündəm 905
Portuqaliyadan gələnlə 1 illik anlaşdı - 14-cü TRANSFER

"Karvan" növbəti transferini həyata keçirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı yarımmüdafiəçi Vitor Roşa ilə 1 illik müqavilə imzalanıb.

29 yaşlı futbolçu son olaraq ölkəsində “Sanjoanense”nin formasını geyinib.

"Karvan" bunadək Eltun Turabov ("Turan Tovuz"), Süleyman Əhmədov (son klubu "Səbail"), Araz Abdullayev ("Qaradağ-Lökbatan"), David Oliveira Silva (son klubu “Zabbar”, Malta) ,Kyle Spence (Son klubu “Coleraine”, Şimali İrlandiya), Gavi Thompson (son klubu “Sportinq Lagos”, Nigeriya), Olavale Doen ("Plato Yunayted", Nigeriya), Elvin Yunuszadə ("Qəbələ"), Vadim Abdullayev (son klubu "Araz-Naxçıvan"), Samuel Durrant (son klubu “Connahs Quay”, Uels), Vüsal Məsimov ("Şamaxı"), Moise Ngwisani (son klubu “Wiltz71”, Lüksemburq), Shaquill Sno (son klubu “Gzira”, Malta) və Uğur Cahangirovu (son klubu "Sumqayıt") heyətinəqatıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu