Azərbaycan klubları “pley-off”da potensial rəqiblərini tanıdı - Konfrans Liqasında PÜŞKATMA

16:20 Gündəm 314
Azərbaycan klubları “pley-off”da potensial rəqiblərini tanıdı - Konfrans Liqasında PÜŞKATMA

"Araz-Naxçıvan" və "Sabah"ın Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində bəlli olub.

Bakı təmsilçisi III təsnifat mərhələsində Bolqarıstanın "Levski" (Sofiya) kollektivini mübarizədən kənarlaşdırsa, "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə, Naxçıvan kollektivi isə III təsnifat mərhələsində Bolqarıstanın "Omoniya" (Kipr) klubuna qalib gələrsə, Avropa Liqasında PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün məğlubu ilə üz-üzə gələcək.

Bu raundun ilk oyunları avqustun 21-də, cavab görüşləri avqustun 28-də olacaq.

Digər Xəbərlər
Xəbər Lenti