Bu gün neçə dərəcə isti olacaq? - HAVA PROQNOZU

4 Avqust 07:00 Gündəm 295
Bu gün neçə dərəcə isti olacaq? - HAVA PROQNOZU

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-28, gündüz 35-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 21-26, gündüz 29-34 dərəcə isti olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 20:00 Çək və bizə göndər!
12 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
12 Oktyabr 03:00 "Sabah" dan ASAN UĞUR