“Neftçi” yeni müqavilə bağlamadı, Malayziya klubu ilə danışıqlar aparır

1 Avqust 08:30 Gündəm 1 314
“Neftçi” yeni müqavilə bağlamadı, Malayziya klubu ilə danışıqlar aparır

Höccət Haqverdi Azərbaycanda qalmayacaq.

“Neftçi”nin yeni müqavilə bağlamadığı müdafiəçi Asiyaya üz tutur.

Sportinfo.az xəbər verir ki, yığmamızın üzvü bir neçə sərfəli təklif alıb.

Onun Malayziya klubu ilə ortaq məxrəcə gəlmək şansı böyükdür. Əks halda digər variantları nəzərdən keçirəcək.

Hazırda Bakıda olan milliləşdirilmş müdafiəçi “Sumqayıt”la da danışıqlar aparıb. Amma onun keçmiş komandasına qayıtmaq ehtimalı qalmayıb.

“Kimyaçılar”ın 10 min dollar aylıq maaş təklif etdiyi Höccət Asiya klublarının ikiqat artıq qazanc təklifləri barədə düşünür.

Digər Xəbərlər
Xəbər Lenti
1 Avqust 17:30 Çək və bizə göndər!