Gələn il Azərbaycanda maaş və pensiyalar artırılacaq - Prezidentdən göstəriş

24 Sentyabr 2024 07:20 Gündəm 1 043
Gələn il Azərbaycanda maaş və pensiyalar artırılacaq - Prezidentdən göstəriş

“İqtisadi sahədə bu ilin göstəriciləri, hesab edirəm ki, müsbətdir.

Səkkiz ayda iqtisadiyyat 4 faizdən çox artıb. Qeyri-neft sektorunda 7 faiz olub”.

Bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.

Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını deyən dövlət başçısı qeyd edib.

“Onu da bildirməliyəm ki, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti