Çempionlarımız bu gecə Parisdən Bakıya dönür

4 Avqust 2024 01:10 Gündəm 458
Çempionlarımız bu gecə Parisdən Bakıya dönür

Paris - 2024 Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanan cüdoçularımızın Azərbaycana qayıdacağı tarix bəlli olub.

Sportinfo.az xəbər verir ki, onlar 4 avqust saat 05:15-də Heydər Əliyev Beynəlxalq Hava Limanında olacaq.

Azərbaycan cüdoçuları Hidayət Heydərov (-73 kq.) və Zelim Kotsoyev (-100 kq.) Paris - 2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıblar.

Azərbaycan cüdo üzrə yarışlarda 2 qızıl medal qazanaraq ümumi hesabda və kişilər arasında ikinci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM