COP29

“Azərbaycanlılar Ermənistanda 230 kəndə köçmək istəyəcək”

4 İyun 2023 07:40 Gündəm 278
“Azərbaycanlılar Ermənistanda 230 kəndə köçmək istəyəcək”

Azərbaycanlılar Ermənistanın 230 kəndini özlərininki hesab edirlər və növbəti mərhələdə ora köçmək istəyəcəklər.

Sonra ermənilərlə toqquşmalar olacaq, daha sonra Türkiyə ordusu Suriyada olduğu kimi öz xalqının təhlükəsizliyini qorumaq adı ilə gələcək.

Yerli politoloq Artur Xaçikyan belə bir ssenari təsvir edib.

O, Azərbaycanın güzəştə getməyəcəyinə və bundan sonra da güclü mövqedə qalacağına əminliyini ifadə edib.

“Bakı Qarabağı tamamilə həzm etdikdən sonra Sünik və dəhliz haqqında da eyni sözləri söyləməyə başlayacaq. Onda növbə Ermənistanın qalan hissəsinə gələcək. Sünikin itirilməsindən sonra heç bir müttəfiq bizə kömək göndərə bilməyəcək. Biz tədricən ölüm tələsinə düşürük. Güzəştlərimiz Azərbaycanın davranışını dəyişmir, onlar bizi rahat buraxmaz, bizi boğmaq istəyirlər. İndi deyirlər ki, bir neçə yüz min azərbaycanlı Ermənistana qayıtmalıdır”, - deyə erməni politoloq vurğulayıb.

Artur Xaçikyan bütün Qərbin İlham Əliyevi özünə dost hesab etdiyini söyləyib. Çünki Bakı Rusiya qazına alternativ təklif edir.

“Qərb üçün Qarabağ ermənilərinin hüquqları heçə çevrilib, onları qaz və neft müqabilində satıblar. Ermənilər yenə də satılıb, heç kim bu haqda danışmır-nə Qərb, nə də Rusiya.”, - deyə Xaçikyan əlavə edib.

Xəbər Lenti