
Ermənistan Kəlbəcər istiqamətində şərti sərhədə əlavə qüvvələr göndərir.
Bu barədə məlumat Teleqram kanallarında yayılıb.
Sosial şəbəkələrdə faktın təsdiqi kimi videolar da paylaşılıb. Ermənistanda hərbi hərəkətlənmə müşahidə olunur.
Bununla bağlı “Bez Tormozov” Teleqram kanalı görüntü paylaşıb.
Zirehli texnikaların hansı istiqamətə aparıldığı haqda məlumat yoxdur.
Bir neçə gündür sosial şəbəkələrdə Ermənistanın Kəlbəcər istiqamətinə əlavə qüvvələr cəlb etməsi barədə video-materiallar paylaşılır.