“Azərbaycan irəliləmək üçün plasdarm hazırlayıb”

1 Aprel 2023 03:20 Gündəm 216
“Azərbaycan irəliləmək üçün plasdarm hazırlayıb”

“Son günlər Süniklə bağlı bir tərəfdən kifayət qədər ziddiyyətli məlumatlar daxil olur, digər tərəfdən isə hakimiyyət reallığı təhrif etməyə çalışır.

Əslində, aprelin 1-dən sonra Qarabağı Ermənistanla birləşdirən yolun marşrutu dəyişəcək”.

Bunu Ermənistan parlamentində “Şərəf duyuram” bloku fraksiyasının katibi Tiqran Abramyan jurnalistlərə müsahibəsində deyib.

Erməni revanşistin iddiasına görə, 44 günlük müharibədən sonra Qarabağdan Ermənistana giriş Tex kəndindən keçirmiş və sən demə orada 5 kilometrlik dəhliz məntiqi ilə bufer zonası varmış.

Onun sözlərinə görə, hazırda Azərbaycan əsgərləri ən uc nöqtədə mövqe tutublar.

“Hesab edirəm ki, azərbaycanlılar daha əlverişli ərazilərdə möhkəmlənmək məqsədi ilə gəliblər və onlara gələcək hərəkətləri planlaşdırmaq üçün mümkün plasdarm lazım idi”, - deyə Abramyan qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!