Ölərik, əldən əgər getsə kəndlər... Düşmən 8 kəndimizi bu səbəbdən boşaltmır

18 Fevral 2023 12:30 Gündəm 631
Ölərik, əldən əgər getsə kəndlər...  Düşmən 8 kəndimizi bu səbəbdən boşaltmır

Avropa İttifaqı missiyasının Ermənistana gəlişindən Rusiyanın ciddi şəkildə narazı qalması bəlli həqiqətdir.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin dedikləri isə belə vəziyyətdə Ermənistan üçün çox sərt xəbərdarlıqdır.

Duma sədri İrəvanı Avropa strukturlarını, xüsusən də Avropa Parlamenti və AŞ PA-nı regiondakı vəziyyətin həllinə cəlb etmək cəhdlərinə qarşı xəbərdarlıq edib, onların Ukraynadakı fəaliyyətinin nəyə gətirib çıxardığını yada salıb

. Bu xəbərdarlıqlara İrəvan hələ reaksiya verməsə də, erməni politoloqları Ermənistan üçün yaxınlaşan təhlükələrdən narahatlıqlarını bildirirlər.

Почему Россия торопит Армению с решением по разблокированию коммуникаций:  Матевосян - 10.08.2021, Sputnik Армения

Məsələn, politoloq Benyamin Matevosyan qeyd edir ki, Kremlin sərt xəbərdarlıqları İrəvanın əleyhinədir və Bakı bundan sonrakı məqsədləri, məsələn, məlum 8 kəndin nəzarətinə qaytarılması üçün faydalanacaq: “Paşinyan bildirir ki, Aİ Ermənistanın sərhədlərini tanıyıb və ona görə bu qurumun missiyası Ermənistana gətirilib. Bəs Aİ Praqada Azərbaycanın ərazi bütövlüyünü hansı sərhədlər çərçivəsində tanıyıb? Azərbaycan Prezidenti İlham Əliyevin dediyi 8 kənd bura daxildirmi? Paşinyan parlamentdə bəyan etdi ki, 2022-ci ilin oktyabrında Praqada keçirilən dördtərəfli görüşdə Aİ Ermənistanın sərhədlərini aydın şəkildə müəyyən edib və bu sərhədə nəzarət etmək üçün müşahidəçilərini göndərəcək. Paşinyanın bəyanatının mənfi tərəfi var: əgər Aİ Ermənistanın sərhədlərini müəyyən edibsə, başqa sözlə, "X" sərhədləri daxilində onun ərazi bütövlüyünü tanıyıbsa, bu o deməkdir ki, “Y” sərhədləri daxilində də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bakıda ərazi bütövlüyü anlayışı isə yalnız Qarabağın Azərbaycanın tərkibinə daxil edilməsi ilə qəbul edilir. Bu kəndlərə nəzarət etməmək təkcə Zəngəzur və Qarabağ üçün deyil, bütün Ermənistan üçün enerji və nəqliyyat təcridinə gətirib çıxarır".

Matevosyan qeyd edib ki, ən mühüm dövlətlərarası magistral Ermənistanın mərkəzi hissəsini Zəngəzur, Qarabağ və İranla birləşdirən Kərki kəndindən keçir: “Əgər Kərki əldən getsə, o zaman Ermənistanın Qarabağda və İranda yalnız bir çıxış yolu olacaq - Vedi yolu. Aşağı Əskiparaya gəlincə, Gürcüstana dövlətlərarası yol oradan keçir. Bu əraziyə nəzarətin itirilməsi Gürcüstandan Ermənistana (Qırmızı Körpü - Sevkar - Berd xətti ilə keçən) qaz kəmərinin fiziki mövcudluğunu da "təhlükə" altına qoyur. Bu ərazilərin itirilməsi böyük risklər daşıyır". Ekspertə görə, bu vəziyyətdə Rusiyanın daha çox Azərbaycanın mövqeyini dəstəkləməsi Ermənistan üçün daha böyük problem deməkdir.

Qeyd edək ki, Qazax rayonunun işğal altında qalan kəndləri bunlardır:

Bağanis Ayrım - 24.03.1990

Xeyrimli - 08.03.1992

Aşağı Əskipara - 12.03.1992

Barxudarlı - 27.04.1992

Sofulu - 27.04.1992

Qızılhacılı - 11.05.1992

Yuxarı Əskipara - 08.06.1992.

Qazağın Ermənistanın işğalı altında qalan 7 kəndinin geri qaytarılması məsələsi 10 noyabr bəyanatından sonra bu günə qədər gündəmdə olub və hər zaman bildirilib ki, geri veriləcək. Amma erməni politoloqun açıqlaması onu göstərir ki, İrəvan Kərki də daxil, bu kəndləri qaytaracağı halda regionda çətin vəziyyətə düşəcək. Amma Qazağın kəndlərinin qaytarılması prosesi gec-tez baş verməlidir. Çünki həmin kəndlər Azərbaycan Respublikasının konstitusion ərazisinə daxildir

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti