Tikintisinə 202 milyon dollar xərclənən stadion tezliklə söküləcək - FOTOLAR

28 Noyabr 2022 03:30 Gündəm 1 369
Tikintisinə  202 milyon dollar xərclənən stadion tezliklə söküləcək - FOTOLAR

Qətərdə mundial üçün tikilən stadionlardan biri söküləcək.

Sportinfo.az xəbər verir ki, bu “974” arenasıdır.

Məhz turnir üçün tikilən bu stadion çempionat başa çatdıqdan sonra tarixə qovuşacaq.

Bu arena 974 nəqliyyat konteynerindən qurulub. Ümumilikdə tikintiyə 202 milyon dollar xərclənib.

Arenanın bütün qurğuları konteynerlərdən ibarətdir. Hətta paltardəyişmə otağı, həkimlər otağı da konteynerlərin içində yerləşir.

İsti hava səbəbindən Qətərdəki bütün stadionlarda soyuduculardan istifadə olunsa da, “974” stadionunda kondisioner yoxdur. Səbəb isə arenanın körfəz sahilində yerləşməsi və axşamlar havaların sərin keçməsidir.

“974” həm də Qətərin telefon kodudur.




Digər Xəbərlər
Xəbər Lenti