"Qarabağ"dan erməni təxribatına MÖHTƏŞƏM CAVAB - FOTO FAKT

7 Oktyabr 2022 19:40 Gündəm 2 532
"Qarabağ"dan erməni təxribatına MÖHTƏŞƏM CAVAB - FOTO FAKT

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində ikinci qələbəsini Yunanıstanda qazandı.

Təmsilçimiz adlı-sanlı "Olimpiakos" komandasını meydana çıxmağa peşman etdi.

İlk hissəsi qolsuz bitən görüşdə ikinci yarı qollar ard-arda gəldi. Kvabena Ovusu ilk qolu vurdusa, davamı Marko Veşoviç və Ramil Şeydayevdən gəldi - 0:3.

Şanlı qələbə hər nə qədər bizi sevindirirsə, düşmənlərə də göz dağı vermiş olur.

Belə ki, "Qarabağ"ın Avropa arenasındakı uğurlarını həzm edə bilməyən, hər səfər görüşündə müxtəlif təxribatlara əl atan bədnam qonşumuz ermənilər yenə öz ampulasındaydı.

Belə ki, hesab 0:0 olanda tribunalarda ermənistan bayrağı asıldı. Təbii ki, bunda məqsəd futbolçularımıza psixoloji təsir etmək idi. Amma yenə bacarmadılar.

Futbolçularımız bu dəfə də yersiz addıma meydandakı möhtəşəm mübarizəsi və ardıcıl qolları ilə tutarlı cavab vermiş oldu.

Matçın sonu stadionun ən aşağı nöqtəsində asılan bayrağın fonunda ən yüksək nöqtədə nəticənin əks olunduğu tablo vardı. Bu, təsadüf yox, təxribata verilən möhtəşəm cavabın ədalətli tərənnümü idi!

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti