AFFA-dan kritik qərarlar – Biri millidə saxlanıldı, digəri göndərildi - FOTOLAR

4 Oktyabr 2022 17:00 Gündəm 1 181
AFFA-dan kritik qərarlar – Biri millidə saxlanıldı, digəri göndərildi - FOTOLAR

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra bəzi qərarlar qəbul olunub.

1. Azərbaycan milli komandasının baş məşqçisi Gianni De Byazi ilə müqavilənin müddəti daha bir seçmə mərhələ müddətinə uzadılsın.

2. Azərbaycan U-19 milli komandasının baş məşqçisi Miloş Velebitlə müqaviləyə xitam verilsin. U-19-un baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.

3. Qızlardan ibarət milli komandaların baş məşqçiləri təsdiq olunsun:

Azərbaycan U-19 (qızlar) – Zamir Həsənov

Azərbaycan U-17 (qızlar) – Nərgiz Qurbanova

Azərbaycan U-15 (qızlar) – Xanlar Əliyev

4. Lisenziyalaşdırma qaydalarında (Buraxılış - 2022) müvafiq dəyişikliklər təsdiq olunsun.

5. Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin aparılması ilə bağlı təkliflərin hazırlanması baş katibliyə tapşırılsın.

6. Yoxlama-Təftiş Komitəsinin tərkibi aşağıdakı kimi təsdiq olunsun:

Sədr

Xalid Cavadov – AFFA nümayəndəsi

Üzvlər:

Xanım Məmmədova – AFFA nümayəndəsi

Tariyel Şirəliyev – SOCAR nümayəndəsi

Hafiz Quliyev – İqtisadiyyat Nazirliyinin nümayəndəsi

Səftər Vəlizadə – Dövlət Auditorlar Palatasının nümayəndəsi

Elnur Kazımov – Dövlət Auditorlar Palatasının sərbəst auditoru

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!