Ukrayna ordusu daha bir neçə yaşayış məntəqəsini ruslardan azad etdi

4 Oktyabr 2022 12:50 Gündəm 559
Ukrayna ordusu daha bir neçə yaşayış məntəqəsini ruslardan azad etdi

Ukrayna ordusu Donetsk vilayətinin üç yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib və Luqansk vilayətinin Kremennaya şəhərinə doğru irəliləyir.

Məlumata görə, Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman yaxınlığında yerləşən Zareçnoye və Torskoye yaşayış məntəqələrini azad ediblər.

Rusiya hərbçiləri məhz bu yaşayış məntəqələri vasitəsilə Liman şəhərini silah və şəxsi heyətlə təchiz edə bilirdilər.

Ukrayna hərbçiləri Luqansk istiqamətində Kremennaya şəhərinə doğru hərəkət edirlər.

Eyni zamanda Ukrayna ordusu Donetsk vilayətinin Torskoye kəndini də Rusiya hərbçilərindən azad edib. Bu barədə isə Ukrayna ordusunun Şərq qruplaşmasının sözçüsü Sergey Çerevatov bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti